XƏBƏRLƏR
3744 Arxiv

2018.10.10

Zoologiya İnstitutunun əməkdaşları Gəncə-Qazax rayonlarında ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun “Parazitologiya” laboratoriyasının əməkdaşları b.ü.e.d., Qara Fətəliyev, b.ü.f.d., Reyhan İbrahimovaya, b.ü.f.d., Yeganə Mahmudova,  elmi işçilər Elnura Aslanova, Namiq Rzayev, Suman Həsənova və Gülnar Quliyeva 24-29 sentyabr 2018-ci il tarixlərində Gəncə-Qazax rayonları ərzilərində ekspedisiyada olublar. Ekspedisiya zamanı helmintoloji tədqiqatlar aparmaq üçün əlverişli materiallar toplanılıb, ərazilərdə müxtəlif fermer və şəxsi təsərrüfatlarda, əkin sahələrində tədqiqat işləri aparılıb.Toplanmış materiallar son işlənilməsi və növlərinin təyin edilməsi üçün laboratoriyaya gətirilib.