XƏBƏRLƏR
3396 Arxiv

2016.03.11

Dissertasiya Şurasının növbəti iclası

İnstitutun Müdafiə Şurasınınnövbəti iclasında“Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının elmi işçisi Şeyda Məhərrəmovanın “Azərbaycanın şərqində meşə-meyvə bitkilərinə ziyan vuran yarpaqbükənlərin növ tərkibi və onların parazitoid kompleksi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin məruzəsi dinlənilib.

Tədqiqatçı tərəfindən Qonaqkənd, Abşeron-Qobustan və Lənkəran rayonlarında meşə-meyvə bitkilərinə ziyan vuran 17 növ yarpaqbükən qeydə alınmışdır. Onlardan 2 növü Azərbaycan faunası üçün, 3 növü Qafqaz faunası üçün ilk dəfə qeyd edilmişdir. Növlərin bioekoloji xüsusiyyətinin ətraflı tədqiqi və fenoloji təqvimlərinin tərtibi onlara qarşı mübarizə tədbirlərinin hazırlanması üçün əhəmiyyətlidir. Tədqiqat zamanı təbiətdə yarpaqbükənlərin sayının təhlükəsiz həddə qalmasında xüsusi rola malik kompleks parazitoidlərin araşdırılması və analiz edilməsi yarpaqbükənlərə qarşı profilaktik və mübarizə təhlil tədbirlərinin hazırlanmasında çox əhəmiyyətlidir.