XƏBƏRLƏR
1000 Arxiv

2018.07.13

AMEA Zoologiya İnstitutunun əməkdaşları Türkiyədə “Osmaneli Doğa Amaçlı Eğitim” təlimidə iştirak ediblər

AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşı b.ü.f.d., Rzayev Fuad, Hidrobiologiya laboratoriyasının əməkdaşları Mehdiyeva Nigar və Qasımova Arzu 26.06-05.07.2018 tarixlərində “Osmaneli Doğa Amaçlı Eğitim” təlimidə iştirak ediblər.

Təlim “TÜBİTAK Elm və Cəmiyyət Layihələrini dəstəkləmək proqramı” tərəfindən dəstəklənmişdir. Məqsəd, cəmiyyətdə təbiət təhsilinə aid vizion yaratmaqdır. Layihə, insanlara təbiəti tanımaq və tanıtmaq, onu tələbələrə, QHT-lərin üzvlərinə və ya cəmiyyətin digər toplumuna daşıya bilmək və təbiət haqqında fikirləri formalaşdırmaqdır. Beləliklə, layihədə təlimləndirilən insanlar sayəsində, layihənin başa çatmasından sonra da təsirinin yayılmağa davam edəcəyi düşünülmüşdür.

Təlimdə iştirakçılara təbiətdə ilk yardım texnikası, bitkilər, vəhşi heyvanlar, quşlar, astroloji biliklər, təbiətdəki daşlar haqqında ətraflı məlumat verilib. Sonda iştirakçılar  sertifikatla  təltif olunublar.