XƏBƏRLƏR
4431
Arxiv
2016.03.07
Beynəlxalq Qadınlar Günü
07.03.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub. İclasda AMEA Zoologiya İnstitutunun direktoru, müxbir üzv İlham Ələkbərov, elmi işlər üzrə direktor müavini Zakir Məmmədov, ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov və Həmkarlar təşkilatının sədri Barat Əhmədov çıxış edərək, qadınları bu gün münasibətilə təbrik etdilər. Xanımların cəmiyyətdəki xüsusi rolunu vurğulayan çıxışçılar onlara can sağlığı, gələcək işlərində uğurlar arzuladılar. Sonda isə rəhbərlik tərəfindən hədiyyələr təqdim olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.