XƏBƏRLƏR
2783 Arxiv

2018.06.25

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrların nəzərinə!

2018/2019-cu tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 

- 4 ədəd fotoşəkil (3×4 sm).

Qeydiyyat 2018-ci il iyun ayının 28-dən iyul ayının 11-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150) aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Tel.: (+994 12) 537 23 97, 539 20 35.

http://science.gov.az/news/open/8279