XƏBƏRLƏR
3572 Arxiv

2016.02.23

İnstitutun növbəti elmi seminarı keçirilib

Elmi seminarda Hidrobiologiya laboratoriyasının elmi işçisi Könül Tağıyeva “Mingəçevir su anbarının azqıllı qurdlar faunası”  mövzusunda məruzə etmişdir. Məruzədə bu qurdların su hövzələrində, xüsusən Mingəçevir su anbarında əhəmiyyəti, növ tərkibi, sayı, biokütləsi, biotoplar və dərinliklər üzrə yayılması işıqlandırılıb. Həmçinin, azqıllı qurdların suyun çirklənmə dərəcəsinin müəyyən edilməsində indikator növlər kimi əhəmiyyəti haqqında məlumat verilib.