XƏBƏRLƏR
3379 Arxiv

2016.02.19

İnstitutun növbəti elmi seminarı keçirilib

İnstitutun Herpetologiya laboratoriyasının kiçik elmi işçisi Nizami Novruzovun biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanın şərq hissəsinin arid əraziləri tısbağalarının (Reptilia, Testunides) bioloji və morfoekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Tədqiqatçı tərəfindən ilk dəfə olaraq bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarının morfologiyası, biologiyası və ekologiyası öyrənilmiş və bu sahədə təkliflər verilmiş, nadir növ olan Aralıq dənizi tısbağalarının təbii populyasiyalarında sayını bərpa etmək məqsədi ilə onların açıq volyer şəraitində yarımsərbəst halda çoxaldılmasının metodu işlənmişdir.

Işin elmi rəhbəri AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor İlham Ələkbərov, məsləhətçisi biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov, rəyçiləri isə b.ü.e.d. Mahir Hüseynov və aqrar elmləri üzrə fəlsəfə doktoru Tahir Kərimovdur.