XƏBƏRLƏR
2899 Arxiv

2018.05.30

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) əməkdaşlığı üzrə Müştərək Proqram çərçivəsində yeni layihə müsabiqəsi elan edilir.

AMEA-nın elmi müəssisələrinin əməkdaşları Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və institutlarından olan həmkarları ilə birlikdə ingilis dilində hazırlanmış layihələrini müvafiq olaraq AMEA-ya və TÜBİTAK-a təqdim etməlidirlər.

Layihə təklifləri 31 avqust 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir.

Müsabiqə haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 54 93; (+994 55) 490 10 39

E-mail: e.seyfullayev@mail.ru

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

http://science.gov.az/news/open/8107