XƏBƏRLƏR
3465 Arxiv

2018.05.30

Parazitologiya laboratoriyası əməkdaşının məqaləsi xarici jurnalda çapdan çıxıb

AMEA Zoologiya İnstitutu Parazitologiya laboratoriyasının böyük elmi işçisi Reyhan İbrahimovanın «Российский журнал биологических инвазий» jurnalında «Пути формирования гельминтофауны домашних плотоядных животных на территории Азербайджана» adlı məqaləsi çapdan çıxıb. Məqalə beynəlxalq səviyyədə maraq doğurub. Müxtəlif ölkələrdən konfranslarda iştirak edilməsi və onun kitab şəklində çap olunması müəllifə təklif edilib. Müəllif həmçinin, “USA, New York International Journal of Science Technology and Society” jurnalının redaksiya heyətinə üzv seçilib.