XƏBƏRLƏR
3531 Arxiv

2016.03.05

İnstitutun əməkdaşı veb-saytlarının idarə edilməsi treninqində iştirak etmişdir

05 fevral tarixində Zoologiya Institunun İnformasiya və innovasiya şöbəsinin əməkdaşı Ü.M.Qarayeva AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqdə iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev  qabaqcıl texnologiyaların inkişafı, İnternet-medianın meydana gəlməsi sayəsində müxtəlif hadisələri, ən yeni xəbərləri izləmək, o cümlədən informasiyanın əldə olunması, emalı və ötürülməsinin asan bir prosesə çevrildiyini qeyd edərək informasiya və multimedia məhsullarının yayılmasında veb-saytların mühüm rol oynadığını söylədi. Treninqdə “Veb-saytların işinin təşkili və idarə olunması”,  “Veb-saytların informasiya təminatı”, “Veb-saytların təhlükəsizliyi” və s. mövzularda məruzələr dinlənildi.