XƏBƏRLƏR
3475 Arxiv

2016.02.05

İnstitutun növbəti elmi seminarı keçirilib

AMEA Zoologiya İnstitutunun Protistologiya laboratoriyasının  kiçik elmi işçisi Türkan Qurbanovanın “Urbanlaşmış ekosistemlərdə insanın opportunistik xəstəliklərinin törədiciləri olan koksidilərin (Apicomplexa, Cocidia) yayılmasında gəmiricilərin rolu” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin məruzəsi dinlənilib.

Tədqiqatçı tərəfindənaparılmış tədqiqat zamanı ilk dəfə olaraq gəmiricilər dəstəsinin 11 növünə aid 320 fərd gəmirici tədqiq edilmiş, onlarda 7 növə aid 90 fərddəCriptosporidium cinsinə daxil olan oosistalar aşkar edilmişdir.

İşin elmi rəhbəri biologiya üzrə elmlər doktoru H.D.Qaibova, rəyçiləri isəb.ü.e.d. M.Ə.Hüseynov vəb.ü.f.d. Y.Ə.Mahmudovadır.