XƏBƏRLƏR
712 Arxiv

2018.04.25

Rusiya Elmlər Akademiyasına ezam olunan əməkaşların nəticələri müzakirə olunub

25 aprel 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun Kitabxanasında “Quru onurğasızları” laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova və “İctimaiyyətlə əlaqələr” şöbəsinin baş laborantı Hamyə Tahirovanın Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutuna olan ezamiyyətinin nəticələri müzakirə olunub. N.Yusifova professor V.Luxtanovla birgə Talış bölgəsinin gündüz kəpənəklərinin (Rhopalocera) DNT Barkod Kitabxanasının yaradılması planları haqda məlumat verib. H.Tahirova isə b.e.n. P.V.Kiyaşkonun rəhbərliyi altında, quru molyuskalar üzərində aparılmış tədqiqat işləri, bundan başqa gələcəkdə malakologiya sahəsi üzrə aparılacaq birgə işlər haqqında məlumat verib. İclasda həmçinin, REA Zoologiya İnstitutunun alimlərinin AMEA Zoologiya İnstututunun gənc mütəxəssislərinə etdikləri təkliflər barəsində fikir mübadiləsi aparılıb.