XƏBƏRLƏR
2947 Arxiv

2018.04.30

Zoologiya İnstitutunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konfranda iştirak ediblər

AMEA Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Könül Tağıyeva və İnstitutun magistrantı Xədivə Qurbanova 27-28 aprel 2018-ci il tarixlərində Bakı Mühəndislik Universitetində keçirilmiş və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan Gənc alimlərin II Beynəlxalq konfransında iştirak ediblər.  K.Tağıyeva "О фауне малощетинковых червей Нижней Куры", X.Qurbanova isə "Azərbaycanın əqrəbmilçəklərin (Mecoptera) faunasına dair" adlı mövzu ilə çıxış ediblər.