XƏBƏRLƏR
3567 Arxiv

2016.01.19

İnstitutda 20 YANVAR faciəsinə həsr edilmiş iclas keçirilib

19.01.2016-cı il tarixində AMEA Zoologiya İnstitutu əməkdaşlarının 20 YANVAR faciəsinin ildönümünə həsr edilmiş geniş iclası keçirilib. Tədbiri giriş sözü iləİnstitutun direktoru,AMEA-nın müxbir üzvüİlham Ələkbərov açıb. Daha sonra institutun elmi işlərüzrə direktor müavini, b.e.d. Z.Məmmədov, ümumi işlər üzrə direktor müavini Ə.Cəlilov, b.ü.f.d. A.Əliyev əməkdaşlara1990-cı il 20 yanvar faciəsi, bu tarixi hadisənin dövlətçilik və milli mücadilə tariximizdə qoyduğu iz haqqında danışaraq, onları məlumatlandırdı. İclasın sonunda institut əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdi.