XƏBƏRLƏR
3108
Arxiv

2018.04.24
Bu gün Zoologiya İnstitutu komandasının ilk görüşü keçiriləcək
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin V İnstitutlararası Futbol Çempionatının oyunları davam edir. Zoologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin komandalarının ilk oyunu bu gün saat 12.00 da baş tutacaq.
Qeyd etmək lazımdır ki, oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunacaq.
Komandamıza uğurlar arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.