XƏBƏRLƏR
3320 Arxiv

2015.12.21

Elmi şuradaİnstitutun 2015-ci ildə fəaliyyəti haqqında hesabat dinlənilmişdir

Bu gün Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda Mikrobiologiya İnstitutunun direktoru, akad. M.Salmanov, Dendrologiya İnstitutunun direktoru, müxbir üzv T.Məmmədov, Botanika İnstitutunun laboratoriya müdiri, müxbir üzv İ.Əzizov (sədr), Zoologiya İnstitutunun direktoru, müxbir üzv İ.Ələkbərov, elmi işlər üzrə direktor müavini Z.Məmmədov, ümumi işlər üzrə direktor müavini Ə.Cəlilov və Zoologiya İnstitutunun Elmi şurasının 19 üzvü iştirak etmişdilər.İnstitutun direktoru AMEA-nın müxbir üzvü, İ.Ələkbərov İnstitutun 2015-ci il üzrə elmi-təşkilati fəaliyyəti haqqında məlumat vermişdir. Qonaqlar Ağsu rayonu ərazisində yerləşən “Zootoksinlər” istehsal elmi-araşdırma mərkəzi və Mingəçevir elmi-təcrübə laboratoriyası haqqında maraqlanmışdılar. İclasın sonunda ilin ən fəal gənc alimləri mükafatlandırılmışdır.1-ci yeri elmi işçi E.Tahirova, 2-ci yeri doktorant V.Rüstəmova, 3-cü yeri isə biologiya üzrə fəlsəfə doktoru F.Rzayev tutmuşdur.