XƏBƏRLƏR
648 Arxiv

2018.04.18

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

18 aprel 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə institutun direktoru  Elman Yusifov açaraq gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. Daha sonra, Elmi İşlərÜzrə direktor müavini Elşad Əhmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə gənc alimlər üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının birgə müsabiqəsinə namizədin irəli sürülməsi, elmi işçilərin attestasiyasının nəticələri haqqında, Təhsil şöbəsinin müdiri Lalə Şirinova 2017-2018-ci il üçün fəlsəfə hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumatları Elmi Şura üzvlərinin diqqətinə çatdırdılar.

E.Əhmədov Quru Onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Sücəddin Quliyevin 70 illik yubileyi münasibətilə portret xalça və institutun Fəxri Fərmanını laboratoriya müdirinə təqdim etdi.  İclasda həmçinin, Protozoologiya laboratoriyasının baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Şəfiqə Topçiyevanın 2406.02- biokimya ixtisasında “professor” elmi adı alması üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı. Sonda müxtəlif məsələlər üzrə müzakirələr olundu və qərarlar qəbul edildi.