XƏBƏRLƏR
3206 Arxiv

2018.04.12

Zoologiya İnstitutunun əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarda iştirak ediblər

AMEA Zoologiya İnstitutunun böyük elmi işçisi Saleh Əliyev və İnstitutun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Könül Tağıyeva Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində keçirilən Avropa İttifaqının Su Tərəfdaşlığı (AİST+) layihəsinin növbəti seminarında iştirak edib. Seminarda beynəlxalq və yerli ekspertlər iştirak edərək “AİST+ layihəsinin pilot ərazisində tranzit və sahilyanı obyektlərinin müəyyənləşdirilməsi (ayrılması)” mövzusunda müzakirələr aparıblar.