XƏBƏRLƏR
3366
Arxiv
2018.04.12
AMEA Zoologiya İnstitunun əməkdaşı Portuqaliyada ezamiyyətdə olub
AMEA Zoologiya İnstitutu Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Sevinc Saruxanova bu ilin mart ayında ən öndər tədris və tədqiqat mərkəzlərindən olan Porto Universitetinin Biomüxtəliflik və Genetik Resurslar Tədqiqat Mərkəzində (CİBİO-İnBİO) ezamiyyətdə olub. Səfər ərzində gənc alim Azərbaycanın nadir fauna növlərini genetik səviyyədə öyrənmək üçün molekulyar-genetik tədqiqat metodları üzrə xüsusi kurs keçib.
Qeyd edək ki, səfər ərzində S.Saruxanova Porto Universitetin Təbiət tarixi və Elm muzeyini ziyarət edib, kolleksiyalarla tanış olub və institutun əməkdaşları ilə görüşərək gələcək əməkdaşlığın davam etdirilməsi üzrə müzakirələr aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.