2015.12.04
İnstitut əməkdaşının dünya elmində yeni ixtirası
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Şamionova Nuriyə Şakirovna Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Mnemiopsis leidyi (A.Agassiz) daraqlısının saxlanması üçün fiksator” adlı ixtirasına patent alıb. Təqdim olunmuş ixtira biologiya, xüsusilə də hidrobiologiya sahəsinə aiddir.
Mnemiopsis leidyidaraqlısını yalnız bu fiksatorlarda saxlamaq olur.Qoyulmuş məsələ 40%li konyakın Mnemiopsis leidyi(A.Agassiz) daraqlısının saxlanılması üçün fiksator kimi tətbiq edilməsi ilə həll olunur.Bu növlər balıq sürfələri və iri balıqların yem mənbələri (zooplanktonlar) ilə qidalanır, balıqçılıq sənayesinə çox böyük ziyan vururlar.Artıq yeni ixtira olunan məhlulla daraqlı üzərində dəqiq və geniş tədqiqatlar aparmaq mümkün olacaq.