2018.04.09
AMEA Zoologiya İnstitutunun doktorantı Ruminiyada ezamiyyətdə olub
AMEA Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Ruminiya Təhsil, Tədqiqat, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə elan etdiyi doktorantura təhsili proqramı üzrə 6 aylıq təqaüd çərçivəsində Ruminiyanın (Cluj-Napoca) Babeş-Bolyai Universiteti (elmi rəhbər Prof.Dr. Laszlo Rakosy) və Sapientia Universitetində (Dr. İstevan Urak və Dr. Robert Galle) ezamiyyətdə olub və STACCATO adlı EU proyekti üzərində işləyib. Doktorant proyekt çərçivəsində Avropa növlərinin təyinatı ilə məşğul olub. N.Beydizadə Universitetlərdə olduğu müddətdə həmin universitetlərin kolleksiya materialları, zooloji muzeyi və ədəbiyyatları tanış olub. Babeş-Bolyai Universitetində "Azərbaycan və onun bioloji müxtəlifliyi" adlı mövzusu ilə çıxış edib.