2018.04.03
AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçirilib
Cari il fevralın 16-da AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyasında respublikada tibb elminin və səhiyyənin inkişafı ilə bağlı zəruri olan bir sıra istiqamətlər üzrə gələcəkdə iki qurum arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Bu qərarın icrası ilə əlaqədar AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Medera Hospital tərəfindən akademiya əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçirilib.
AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov bildirib ki, aksiya iki gün davam edəcək və başda əmək veteranları olmaqla, AMEA-nın 3 minə yaxın əməkdaşı mədə-bağırsaq, ürək-damar sisteminin xəstəlikləri, o cümlədən burun-boğaz və baş-boyunla əlaqədar üzvlərin tibbi müayinəsindən keçəcəklər.
H.Qurbanov növbəti həftələrdə AMEA əməkdaşları üçün pulsuz göz müayinəsinin də həyata keçiriləcəyini və bu cür aksiyaların il ərzində mütəmadi təşkil olunacağını vurğulayıb.
http://science.gov.az/news/open/7677