XƏBƏRLƏR
3052 Arxiv

2018.03.29

AMEA YT Parkın direktoru Rusiyada keçirilən beynəlxalq tədbirdə kənd təsərrüfatında İKT-nin tətbiqi ilə bağlı çıxış edib

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev 28-29 mart 2018-ci il tarixlərində Rusiyanın Perm şəhərində keçirilən “Regionun aqrar-sənaye kompleksinin yenidən sənayeləşdirilməsi strategiyasında informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Tədbirdə aqrar-sənaye kompleksi müəssisələri və sahələrinin idarə edilməsinin avtomatlaşdırılması, elmi-texnoloji inkişaf və rəqəmsal texnologiyaların aqrar-sənaye kompleksinə tətbiqi, regionun kənd təsərrüfatı əmtəə istehsalçılarının fəaliyyətinin avtomatlaşdırılması, informasiya cəmiyyətinin sosial-iqtisadi inkişaf strategiyası və digər istiqamətlərdə müzakirələr aparılıb.

Beynəlxalq konfransda V.Babayev "Kənd təsərrüfatında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda məruzəsini təqdim edib.

YT Parkın direktoru, həmçinin Rusiyanın RBK kanalına müsahibə verib. O, aqrar sənaye komplekslərinin rəqəmsallaşdırılmasından bəhs edərək, rəhbərlik etdiyi AMEA YT Park tərəfindən kənd təsərrüfatında aqrotexniki işlərin həyata keçirildiyini, dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçan aparatların istehsal edildiyini diqqətə çatdırıb. 

http://science.gov.az/news/open/7645