XƏBƏRLƏR
3156
Arxiv
2018.03.16
“Dövlət Xidmətləri Portalı”nda Yüksək Texnologiyalar Parkının səhifəsi istifadəyə verilib
“Dövlət Xidmətləri Portalı”nda AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) haqqında müvafiq səhifə istifadəyə verilib.
Portalın AMEA-ya aid olan bölməsində akademiya haqqında ümumi məlumat yerləşdirilib. Həmçinin YT Parkın rezidenti olmaq və ya Biznes İnkubasiya Mərkəzinə innovativ layihələri təqdim etmək istəyənlər üçün müvafiq bölmələr mövcuddur.
Qeyd edək ki, AMEA YT Parkın rəsmi İnternet səhifəsində də “Müraciət” bölməsinə daxil olaraq istədiyiniz anket formalarını yükləyə bilərsiniz.
http://science.gov.az/news/open/7606
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.