XƏBƏRLƏR
3444 Arxiv

2018.03.16

Zoologiya İnstitutunun Mingəçevir Elmi Təcrübə laboratoriyasının ərazisində yeni tinglər əkilib

15 mart 2018 ci il tarixində AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsindən İnstitutun Mingəçevir Elmi təcrübə laboratoriyasına 60 ədəd nar və 10 ədəd üzüm tingi göndərilib . Həmin tinglər laboratoriyanın ərazisində əkilib. Eyni zamanda Ağsu Təcrübə Dayaq Məntəqəsindən 500 kq arpa və 200 kq buğda laboratoriyanın göllərində yetişdirilən çəki, ağ amur və qalınalın balıqlarının qidalandırılmasında istifadə məqsədilə göndərilib .