XƏBƏRLƏR
3778 Arxiv

2015.11.19

Ən yaxşı vətənpərvər tədqiqatçı alim

Zoologiya İnstitutunun “Parazitologiya” şöbəsinin və “Su heyvanlarının parazitləri” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Manafov Asif Abbas oğlu “Avropa  Nəşr Mətbu  Evi”  mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, respublikanın su hövzələrindəki müxtəlif təsnifat qruplarından olan heyvanların, balıqların, sürünənlərin, quşların, ayrı-ayrı parazitlərn, bütün parazit faunasının kompleks şəkildə tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycan biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl medalı ilə təltif olunmuşdur.