XƏBƏRLƏR
3109 Arxiv

2018.03.02

AMEA Zoologiya İnstitutunun arxivinin yenidən qurulması işləri başa çatıb

2017-ci ilin oktyabr ayında AMEA Zoologiya İnstitutunun arxivində başlamış olan , vaxtı keçmiş sənədlərin məhv edilməsi, yararlılıq və saxlama müddəti başa çatmamış sənədlərin AMEA –nın arxiv fonduna təhvil verilənədək mühafizə olunub qorunması üçün saxlanma işləri başa çatıb.

Arxivdə bütün sənədlər aidiyyatı şəbələr üzrə ayrılıb, sənədlər komplektləşdirilib cildlənib. Saxlanılan hər bir kitabın mündəricatı yazılıb. Həmçinin arxiv elektron qaydada yığılıb.

1 tona yaxın əhəmiyyətini itirmiş məhv edilən sənədlər akt əsasında makulatura kimi  təkrar emal üçün “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı”  tərəfindən təhvil alınıb.