XƏBƏRLƏR
3204 Arxiv

2018.03.02

Zoologiya İnstitutunun magistrinə Tətbiqi Zoologiya Mərkəzinin laboratoriyasında praktiki dərslər keçilir

Tətbiqi Zoologiya Mərkəzinin alimləri elmi-tədqiqat işləri ilə yanaşı gənc nəslin bilik və bacarıqlarının yüksəldilməsi ilə də məşğul olurlar. İnstitutun magistri  Xədicə Qurbanova öz nəzəri biliklərini artırmaqla yanaşı praktiki olaraq müxtəlif obyektlər üzərində əyani tanışlıqlarını da artırır. Mərkəzin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Səfərova Mərkəzin laboratoriyasında əyani olaraq həşəratların morfoloji quruluşunu mikroskop vasitəsilə gənc tədqiqatçıya izah etdi.