XƏBƏRLƏR
3049 Arxiv

2018.02.26

Amerikalı alimlər insan gözünün bənzərini yaradıblar

ABŞ-ın Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) alimləri tərəfindən elektron qaydada idarə edilən süni göz yaradılıb.

ria.ru saytı xəəbər verir ki, kvadrat metalinza, polimer və elektrodlardan hazırlanan süni əzələlərdən yaradılımış süni göz insan gözünün iş prinsipinə əsasən işləyir. Belə ki, insan gözündə olduğu kimi fokus linzanın sıxılması və gərilməsi üzrə nizamlanaraq ətrafdakı obyektləri fərqləndirir. Süni göz astiqmatizm kimi gözün optik sisteminin qüsurlarını düzəltmək bacarığına malikdir.

Alimlərin sözlərinə görə, bu ixtira yalnız oftalmologiya sahəsində deyil, həm də mikroskop və virtual reallıq eynəklərində də tətbiq edilə bilər.

http://science.gov.az/news/open/7484