XƏBƏRLƏR
2959 Arxiv

2018.02.19

Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 20-si qeyd ediləcək.

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

http://science.gov.az/news/open/7422