XƏBƏRLƏR
2952 Arxiv

2018.02.19

Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir

AMEA-nın Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir. Dərslərdə Sumqayıt şəhərinin və “Smart” kursunun şagirdləri iştirak ediblər.

Məktəblilərin böyük maraqla qatıldıqları dərslərdə əvvəlcə onlara mikroskopdan istifadə qaydaları barədə məlumat verilib.

Sonra şagirdlər maraq göstərdikləri müxtəlif obyektlərə mikroskop altında baxıblar. Belə ki, müxtəlif növ parazitlərin quruluşlarına, suda yaşayan və gözlə görünməyən canlılara, həşəratlara, müxtəlif bitkilərin yarpaqlarının, çiçəklərinin hissələrinə, gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, və s. məmulatlara baxan məktəblilər onların quruluş formalarındakı fərqlilikləri müəyyənləşdiriblər.

http://science.gov.az/news/open/7424