XƏBƏRLƏR
2773 Arxiv

2018.02.13

Alimlər tərəfindən qripi məhv edən zərərsiz ultrabənövşəyi lampa hazırlanıb

Bu gün xəstəxana və laboratoriyalarda mikrobları məhv etmək məqsədiylə ultrabənövşəyi şüalardan istifadə olunur. Lakin bu metod insan sağlamlığı üçün təhlükə yarada bilər. Amerikalı fiziklər artıq müəyyənləşdiriblər ki, ultrabənövşəyi dalğaları qısaltdıqda insana zərər yetirmədən mikrobları məhv etmək mümkündür.

Belə ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Tibb Mərkəzinin fizikaçı alimi Devid Brennerin rəhbərliyi altında bir qrup tədqiqatçı tərəfindən dörd il ərzində qısa ultrabənövşəyi dalğalar öyrənilib. Alimlər qənaətə gəlib ki, bu cür dalğalar insanın gözünün buynuzlu qişasına və dərisinə heç bir zərər vermədən mikrobları öldürür. Hətta müəyyənləşdirilib ki, daha qısa ultrabənövşəyi dalğaları insanların çox olduğu yerlərdə də istifadə etmək olar.

Beləliklə, Brennerin rəhbərlik etdiyi bir  qrup alim tərəfindən insan sağlamlığı üçün təhlükəsiz olan ultrabənövşəyi lampa hazırlanıb.

Mir24.tv

http://science.gov.az/news/open/7379