XƏBƏRLƏR
3327 Arxiv

2015.11.06

Əməkdaşımız dövlət təltifinə layiq görüldü

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqındakı  3 noyabr 2015-ci il Sərəncamı ilə Zoologiya İnstitutunun elmi katibi, biologiya elmləri doktoru Nailə Mirzəyeva "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Bu münasibətlə onu ürəkdən təbrik edirik! Dəyərli alim, səmimi və alicənab həmkarımız Nailə xanıma möhkəm can sağlığı, yeni-yeni elmi nailiyyətlər, daha yüksək təltiflər arzulayırıq!