2018.02.07
Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi Azərbaycan Arıçılar Asossiasiyası ilə əməkdaşlıq edəcək
3-4 fevral tarixlərində Bakıda Arıçıların IV Beynəlxalq Konfransı keçirilib.
Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Ukrayna, Rusiya və Gürcüstandan olan nümayəndələr, eləcə də yerli mütəxəssislər, həmçinin AMEA-nın Botanika İnstitutunun Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin əməkdaşları iştirak ediblər.
Konfransda ekoloji təmiz kənd təsərrüfatı, ekoloji arıçılıq, keçid şərtləri və qaydaları haqqında məlumat verilib, standartlar və sertifikatlaşdırma mövzularına dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə Azərbaycan Arıçılar Asossiasiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb. Bu sənəd həm AMEA-nın dayaq məntəqələrində, həm də bütövlükdə ölkədə arıçılığın inkişafına böyük töhfə verəcək, ekoloji arıçılığa keçidi stimullaşdıracaq.
http://science.gov.az/news/open/7341