XƏBƏRLƏR
3571 Arxiv

2015.10.21

Institutda YAP ilk partiya təşkilatının növbəti iclası keçirilmişdir

2015-ci il 21 oktyabr tarixində Zoologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının Zoologiya İnstitutunun ilk partiya təşkilatının iclası keçirildi.

Gündəlik məsələ:

1.    2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında.

2.    Partiya daxili nizam-intizam haqqında.

3.    Cari məsələlər.

İclası giriş sözü ilə ilk partiya təşkilatının sədri İlyas Babayev açdı. O, çıxışını dünyada baş vermiş siyasi gərginliyə həsr etdi, partiya üzvlərinə daha sayıq olmağı tövsiyə etdi.

Sonra söz təşkilat sədrinin müavini Mürvət Bəyalıyevə verildi. O, çıxışında partiya üzvlərinin Milli Məclisə deputatların seçkisində daha yaxindan iştirak etməsinin, partiya üzvlərinin üzvlük haqqının vaxtlı-vaxtında verilməsinin vacibliyini qeyd etdi.