XƏBƏRLƏR
3350 Arxiv

2015.10.13

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə edilib:

1.     2015-ci ilin elmi-tədqiqat işlərinin hesabatları haqqında.

2.     Minimum imtahanlarının testləri haqqında.

3.     Naxçıvan MR elmi-tədqiqat baytarlıq mərkəzinin direktoru Q.T.Fərhadovun doktorluq dissertasiyasının mövzusunun  təsdiqi.

4.     “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının elmi işçisi Ş.Məhərrəmovanın namizədlik dissertasiyasının adının dəyişilməsi və elmi rəhbərinin təsdiqi haqqında.

Q.T.Fərhadovun doktorluq dissertasiyasının adı “Naxçıvan MR-də gövşəyən heyvanların helmint faunası, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri və faunanın formalaşması yolları” kimi təsdiqlənib.

Ş.Məhərrəmovanın “Şərqi Azərbaycanda meyvə-meşə bitkilərinin ziyanvericiləri-yarpaqbükənlərin parazit və yırtıcı cücüləri və onların istifadə yolları” mövzusundakı namizədlik dissertasiyasının adı dəyişdirilərək  “Azərbaycanın şərqində meyvə-meşə bitkilərinə ziyan vuran yarpaqbükənlərin (Lepidoptera:Torticidae) növ tərkibi və onların parazitoid kompleksi” ilə əvəz olunub. İşin elmi rəhbəri b.ü.e.d. X.Əliyev təyin edilib.

İclasda müzakirə edilən digər məsələlər də səsvermə yolu ilə öz təsdiqini tapıb.