XƏBƏRLƏR
3080 Arxiv

2018.01.31

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. Bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

X.Mikayılov əlavə edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

http://science.gov.az/news/open/7283