XƏBƏRLƏR
3342 Arxiv

2018.01.30

Azərbaycanlı alim Gürcüstan Təhsil Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev Gürcüstan Təhsil Akademiyasının həqiqi üzvü seçilib.

ADU-da keçirilən görüşdə Gürcüstan Təhsil Akademiyasının prezidenti, professor David Qoçeridze K.Abdullayevi rəhbərlik etdiyi qurumun həqiqi üzvü seçilməsi münasibətilə təbrik edib, müvafiq diplom və mantiyanı alimə təqdim edib.

http://science.az/news/open/7278