XƏBƏRLƏR
3219 Arxiv

2018.01.29

Tətbiqi Zoologiya Mərkəzi əməkdaşının dissertasiya işinin müdafiəsi keçirildi

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasında Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səbinə Həsənovanın “Yeddi nöqtəli parabüzənin (Coccinella septempunctata) bioekoloji və fizioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi. Çıxış edən iddiaçı dissertasiya işinin elmi və praktiki əhəmiyyətindən, əldə etdiyi yeniliklərdən geniş məlumat verdi. İlk dəfə olaraq səmərəli bioloji agent olan yeddi nöqtəli parabüzənin bioekoloji, fizioloji xüsusiyyətlərini ətraflı tədqiq edərək, onun laboratoriya şəraitində kütləvi çoxaldılmasının elmi əsaslarının hazırlanmasından bəhs etdi.