XƏBƏRLƏR
3434 Arxiv

2015.09.17

Ümumdünya durna günü

AMEA Zoologiya İnstitutu Ornitologiya laboratoriyasının  böyük elmi işçisi,biologiya üzrə fəlsəfə doktoru Tahir Kərimov “Azərbaycan və Çin ekoloji mədəniyyəti” adlı seminardaçıxış edib. “Ümumdünya durna günü”nə həsr olunan, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri üçün təşkil edilmiş tədbirdəiştirak edən mütəxəssis ornitoloq Çin və türk xalqlarınn dini, fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynayan durnalar haqqında danışıb. O,durnaların hələ çox qədimdən bu xalqların mədəniyyəti, incəsənəti və məişətindəki əhəmiyyətindən bəhs edib.

Qeyd edilməlidir ki, Zoologiya İnstitutunun muzeyində durnaların müqəvvaları saxlanılır. Hər il yüzlərlə məktəbli, təbiət həvəskarı muzeyə ekskursiya zamanı ağ, qəşəng və boz durnanın həyat tərzi, əhəmiyyəti barədə məlumatlar alır.

Bu durnaları Zoologiya İnstitutunun ornitoloqları öyrənməklə yanaşı, onların səmərəli mühafizəsinə dair əməli təkliflərini də verirlər. Buna misal olaraq, Xızı və Abşeron rayonları ərazisində tikiləcək külək generatorlarının yerləşdirilməsinə dair təklifləri nümunə göstərmək olar. Beləki bu obyektlərin quraşdırılacağı ərazilər durnaların köç yollarından, istirahət və yenilənmə yerlərindən birini təşkil edir.

Eyni zamanda, institut əməkdaşları Palearktikada durnaların qorunması üzrə təşkil edilən beynəlxalq konfranslarda iştirak edərək, onların mühafizəsinədair təkliflərirəli sürürlər.