XƏBƏRLƏR
3498 Arxiv

2018.01.25

AMEA Zoologiya İnstitutunun bir sıra əməkdaşlarının elmi vəzifələri artırılıb

AMEA Zoologiya İnstitutunun rəhbərliyinin  göstərişi ilə institutun aşağıda adları çəkilən əməkdaşlarının məhsuldar elmi fəaliyyəti, aldığı elmi nəticələri nəzərə alınaraq elmi vəzifələri artırılıb.

1.“Mingəçevir elmi-təcrübə laboratoriyası”nın 10-cu dərəcəli kiçik elmi işçisi Şəfəq Məmmədova 10.01.2018-ci il tarixindən 12-ci dərəcəli  elmi işçi vəzifəsinə,

2.“Quru onurğalıları laboratoriyası”nın 14-cü dərəcəli böyük elmi işçisi Tahir Kərimov 19.01.2018-ci il tarixindən 16-ci dərəcəli aparıcı elmi işçi vəzifəsinə, keçiriliblər.

Bu münasibətlə əməkaşlarımızı institutun rəhbərliyi və kollektivi adından təbrik edir və işlərində daim yüksəliş arzu edirik!