XƏBƏRLƏR
1442 Arxiv

2015.07.01

01.07.2015-ci il tarixində Zoologiya İnstitutunda Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirildi

İclası İnstitutun direktoru, müxbir üzv İ.Ələkbərov açıq elan etdikdən sonra, təşkilatın sədri, b.ü.f.d B.Əhmədov 6 ay müddətində Həmkarlar Təşkilatının gördüyü işlər haqqında hesabat verdi, əməkdaşları maraqlandıran sualları cavablandırdı. B.Əhmədov İnstitut əməkdaşlarının nəzərinə çatdırdı ki, mədəni-kütləvi tədbirlərin sayının artırılması sahəsindəki işlər getdikcə daha da genişləndiriləcək.İnstitutun elmi işlər üzrə direktor müavini b.ü.e.d Z.Məmmədov, ümumi işlər üzrə direktor müavini Ə.Cəlilov çıxışlarında görülmüş işləri yüksək qiymətləndirməklə bərabər İnstitutda nizam-intizam məsələləri, əməkdaşların maddi rifahının yüksəldilməsi üçün təsərrüfatyönümlü işlərin həyata keçirilməsi və s. məsələlərə toxundular.İnstitutun əməkdaşları (İ.Babayev, A.Əliyev, Q.Quliyev və s.) Həmkarlar Təşkilatının gördüyü işləri yüksək qiymətləndirərək, bəzi təkliflər verdilər.