XƏBƏRLƏR
759 Arxiv

2018.01.26

AMEA Zoologiya İnstitutu əməkdaşlarının monoqrafiyası çapdan çıxıb

AMEA Zoologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, baş elmi işçi Natalya Sneqovaya  və elmi işçi Elyanə Tahirovanın “Azərbaycanın sərbəstyaşayan infuzor və çanaqlı amöblərinin kadastrı” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya Azərbaycanın su və torpaqlarının sərbəstyaşayan infuzor və çanaqlı amöblərinin növ müxtəlifliyi və yayılması üzrə məlum olan məlumatları ümumiləşdirir.                                İnfuzorlara həsr olunmuş bölmə Azərbaycanın bütün ərazisini əhatə etməklə 13 regionda yayılmış 757 növ haqqında məlumatları əks etdirir. Monoqrafiyada həmçinin respublikanın müxtəlif regionlarında dəniz, şirin su və torpaq da daxil olmaqla, müxtəlif infuzor fəsilələrinin nümayəndələrinin biotoplar üzrə yayılması verilib. Çanaqlı amöblərə aid bölmədə 265 növ, onların biomüxtəlifliyi və Azərbaycanın müxtəlif region və biotopları üzrə rast gəlməsi haqqında məlumatlar verilir.  Qeyd edək ki, monoqrafiya Azərbaycanın sərbəstyaşayan infuzor və çanaqlı amöblərinə aid ilk ümumiləşdirilmiş məlumat kitabıdır. Müasir metodlardan istifadə etməklə yerinə yetirilən iş bu nəşri Qafqazın ümumi bioloji müxtəlifliyinə aid əhəmiyyətli töhfə kimi qiymətləndirməyə imkan verir.