XƏBƏRLƏR
2828 Arxiv

2018.01.23

İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini bildirirlər.

actualnews.org saytı xəbər verir ki, lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. “WaterAid”-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.

Yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir.

Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tədbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı yardım göstərəcək.

Hazırda Bat Universitetinin əməkdaşları tərəfindən çipin təhlil məlumatlarının elektron sistemlərə ötürülməsi üçün test zolağına inteqrasiyası üzrə işlər aparılır. Bu, həmçinin statistik məlumatların toplanmasını aparmağa imkan verəcək.

http://science.gov.az/news/open/7239