XƏBƏRLƏR
2984 Arxiv

2018.01.23

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabın müzakirəsi keçiriləcək

Yanvarın 25-də saat 10:00-da AMEA Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi olacaqdır

Kitabın ideyasının və “Ön söz”ünün müəllifi, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin AXC-nin 100 illiyi ilə bağlı Sərəncamına əsasən cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küçəsi, 30.

http://science.gov.az/news/open/7238