XƏBƏRLƏR
3047 Arxiv

2015.06.30

Gənc alim beynəlxalq konfransda iştirak etmişdir

30 iyun-03 iyul 2015 ci il tarixlərində İnstitutun kiçik elmi işçisi T.Qurbanova “Moredun Research” Institutu tərəfindən təşkil olunmuş “Apicomplexa in farm animals III” (Edinburq, Böyük Britaniya) adlı beynəlxalq konfransda iştirak etmişdir. T.Qurbanova konfransda “Azərbaycanın müxtəlif ekosistemlərində mal-qara və gəmiricilər arasında Cryptosporidium infeksiyasının dövriyyəsi” adlı mövzu ilə iştirak etmişdir. Həmçinin gənc alim konfrans çərçivəsində Eukariot Patogenlərin Məlumat Bazası Resursları Mərkəzinin elmi seminarlarında (EuPathDB workshop) iştirak etmişdir.