XƏBƏRLƏR
1447 Arxiv

2015.06.29

29.06.2015-ci il tarixində b.ü.e.d. Z.M.Məmmədovun rəhbərliyi ilə elmi seminar keçirilmişdir.

29.06.2015-ci il tarixində b.ü.e.d. Z.M.Məmmədovun rəhbərliyi ilə elmi seminar keçirilmişdir. Seminarda “Teriologiya” laboratoriyasının aparıcı elmi işçisi S.Quliyevin biologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və səmərəli istifadəsi” mövzusunda dissertasiya işi dinlənilmişdir.

İşin elmi məsləhətçisi b.ü.e.d., prof. C.Ə.Nəcəfov, rəyçilər: b.ü.e.d. G.Seyidova; b.ü.e.d. R.Sultanova, b.ü.e.d. Ş.Topçuyevadır.

Elmi işdə ilk dəfə olaraq Azərbaycan ərazisinin müxtəlif landşaftları üzrə yayılmış vəhşi cütdırnaqlı heyvanların 6 növün 11 amil üzrə bioekoloji xüsusiyyətləri öyrənilmiş, 3 qanunauyğunluq əldə edilmiş, 2 yeni metodlar tətbiq üçün təqdim edilmişdir.

Elmi işdə nəsli kəsilməkdə olan cütdırnaqlı heyvanların (ceyran, Qafqaz köpgəri, çöl donuzu, Asiya muflonu, Avropa cüyürü, Qafqaz nəcib maralı) sayının artırılması və səmərəli istifadəsi istiqamətində müvafiq əməli təkliflər verilmiş və tətbiq üçün uyğun yerlərə təqdim edilmişdir.