XƏBƏRLƏR
2880 Arxiv

2018.01.22

“Horizon-2020” proqramı çərçivəsində növbəti təlim keçirilib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının "Horizon-2020" proqramı üzrə seçilmiş yeni Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri üçün praktiki təlim keçirilib.

Məqsəd Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi olub.

Təlimdə 22 istiqamət üzrə Azərbaycanın elm və təhsil müəssisələrinin, nazirlik və təşkilatlarının nümayəndələrindən ibarət MƏŞŞ üzvləri iştirak edib.

Tədbirdə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verilib, onların növbəti mərhələ üçün iş planı müzakirə olunub.

http://science.gov.az/news/open/7186