XƏBƏRLƏR
3168 Arxiv

2018.01.12

Çində çap etmək üçün təkrar istifadə edilə bilən kağız hazırlanıb

Çinli alimlər tərəfindən üzərində çap edilən mətn və şəkillərin silinməsi mümkün olan yeni növ kağız hazırlanıb. Tədqiqatçılar hesab edirlər ki, çap üçün təkrar istifadə edilə bilən material ətraf mühiti qorumağa imkan verəcək.

www.unian.net saytının məlumatına görə, yeni kağız kimyəvi maddələrlə hopturulmuş çoxtəbəqəli polimer örtükdən ibarətdir. Yeddi müxtəlif rəng almaq üçün həmin maddələr metal duzları ilə reaksiya girir. Kağızdakı kimyəvi maddələr sink, dəmir və kobalt kimi xüsusi metal ionlarına uyğun olan terpiridin leqand molekullarıdır.

Kağızın optik xüsusiyyətlərini artırmaq məqsadiylə onun tərkibinə flüoren əlavə edilib. Çap üçün nəzərdə tutulan mürəkkəb metal duzlarının sulu məhlulda həlli yolu ilə alınıb.

Çinli alimlər qeyd ediblər ki, onlar hazırladıqları kağızı 8 dəfə çap verib və siliblər. Daha sonra kağız intensivliyini itirməyə başlayıb. Mürəkkəbin keyfiyyəti altı ay ərzində dəyişməyib. Tədqiqatçıların sözlərinə görə, yeni kağızın təkrar istifadəsinin mümkünlüyünü nəzərə alaraq, bele nəticəyə gəlmək olar ki, yeni çap üsulunun qiyməti şırnaqlı printer vasitəsiylə çapın qiymətinin yalnız beşdə bir hissəsini təşkil edəcək.

http://science.gov.az/news/open/7175