XƏBƏRLƏR
3108 Arxiv

2018.01.13

Zoologiya İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

AMEA-nın prezidenti, akademik Akif  Əlizadənin 20 dekabr 2017-ci il tarixli sərəncamına əsasən magistrantların 2017/2018-ci il tədris ili üzrə qış imtahan sessiyası 2017-ci ilin dekabrın 29-dan 2018-ci il fevralın 2-dək keçirilməsinə start verilib.

Yanvar ayının 9-da “Entomologiya” ixtisası üzrə I kurs magistrantın “Ümumi Entomologiya” fənnindən ilk imtahanı keçirilib. Magistrant 2 saat ərzində davam edən imtahan prosesində sualları dəqiq və ətraflı cavablandıraraq yüksək bal toplayıb.

Qeyd edək ki, növbəti imtahanlar 17, 22, 26 və 31 yanvar tarixlərində keçiriləcək.